Gündəm / Siyasət / Dünya

Xamənei ABŞ ilə hərbi qarşıdurmadan çəkinməyi əmr etdi

Xamənei ABŞ ilə hərbi qarşıdurmadan çəkinməyi əmr etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Kirmanda törədilən bombalı hücumla əlaqədar çağırış edib.

"Kanal14.az" bildirir ki, bu barədə "New York Times” bildirib.

Məlumata görə, o, ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və İranyönülü "proksi qrupların” ABŞ bazalarına hücumu məhdudlaşdırmağı əmr edib.

Bildirilib ki, bir müddət əvvəl hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.

Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər isə yaralanıb. / Modern.az