Gündəm / Hadisə / Dünya

İranda partlayış: 5 nəfər ölüb, 2 nəfər yaralanıb

İranda partlayış: 5 nəfər ölüb, 2 nəfər yaralanıb

"Kanal14.az" "Haberglobal"a istinadən xəbər verir ki, İranın Təbriz şəhərində binada baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

İran Tələbələr Xəbər Agentliyinə (İSNA) danışan Şərqi Azərbaycan İlk Yardım Agentliyinin sözçüsü Vahid Şadi Təbrizin Mənzəriyyə rayonunda bir binada baş verən partlayışla bağlı məlumat verib.

Şadi, "Təbrizin Mənzəriyyə bölgəsində baş verən partlayış nəticəsində 5 nəfər həyatını itirib, 2 nəfər yaralanıb" - deyə, bildirib.

Partlayışın ətrafdakı bir çox evə ziyan vurduğunu qeyd edən Şadi, partlayışın yaratdığı çökəklikdə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

İran rəsmisi qeyd edib ki, partlayışa nəyin səbəb olduğu ilə bağlı araşdırmalar davam edir.

Kanal14.az
Jalə Asiman