Hadisə / Dünya

Tehranda güclü partlayış oldu

Tehranda güclü partlayış oldu

İranın Paytaxtı Tehranın şərqində, Müdafiə Nazirliyinin bazası yaxınlığında güclü partlayış olub.

Kanal14.az "Qafqazinfo”a isitinadən xəbər verir ki, bu barədə İRİNN kanalına İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi bildirib. Onun sözlərinə görə, partlayış bazanın yaxınlığındakı qaz çənində baş verib.Partlayışdan sonra yaranan yanğın söndürülüb. İnsident zamanı ölən və xəsarət alan olmayıb.