Gündəm / Hadisə / Dünya

Pakistanda ardıcıl bombalı hücumlar: 19 nəfər həyatını itirdi

Pakistanda ardıcıl bombalı hücumlar: 19 nəfər həyatını itirdi

Pakistanın Bəlucistan və Hayber Paxtunxva əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən bombalı hücumlarda 19 nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

"Kanal14.az" xəbər verir ki, Pakistanın iki vilayətində təhlükəsizlik qüvvələrini hədəf alan bombalı hücumlar həyata keçirilib, 19 nəfər həyatını itirib. 

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik qüvvələrinə aid iki avtomobilə bomba qoyulması nəticəsində 14 əsgər, Hayber Paxtunxva əyalətində isə polis mikroavtobusu yaxınlığında törədilən hücumda 5 əsgər həlak olub.