Pakistanın Hayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələri ilə hücumçular arasında qarşıdurmad baş verib. 

"Kanal14.az"  xəbər verir  ki, Pakistan ordusundan verilən açıqlamaya görə, vilayətin Şimali Vəziristan bölgəsində təhlükəsizlik qüvvələri ilə hücumçular arasında baş verən qarşıdurmada 1 əsgər həyatını itirib, 5 hücumçu isə zərərsizləşdirilib.

Hücum edənlərin hansı təşkilata aid olduğu barədə məlumat paylaşılmayıb.