"Kanal14.az" xəbər verir  ki, Pakistanın "Geo News" televiziyasında yer alan xəbərə görə, Karaçi Universitetinin şəhərciyi daxilində avtomobildə naməlum səbəbdən partlayış baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində 2-si xarici vətəndaş olmaqla 4 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Bölgəyə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərilib.

Təhlükəsizlik qüvvələri partlayışın səbəblərini araşdırır.