Hadisə / Dünya

Tehranda xəstəxanada partlayış

Ötən gecə Tehrandakı xəstəxanaların birində güclü partlayış baş verib.

Kanal14.az yerli KİV-ə istinadən bildirir ki, qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb edilib.

İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.