Gündəm

Ayətullah Xamenei: Gecə onlara sillə vuruldu, lakin bu intiqam deyil

Ayətullah Xamenei: Gecə onlara sillə vuruldu, lakin bu intiqam deyil
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İranın İraqdakı ABŞ bazalarına endirdiyi zərbəylə bağlı Ali lider Ayətullah Seyid Əli Xamenei açıqlama verib. 

 

"Mehr" agentliyinin məlumatına görə, Ayətullah Xamenei açıqlamasında, "gecə onlara sillə vuruldu. Lakin intiqam başqa məsələdir. Hərbi iş yetərli deyil. Amerikanın bölgədəki varlığı sona çatmalıdır. Edilən raket hücumları İranın ən zəif qarşılıq ssenarisi idi. Onlar bu bölgəyə fitnə gətirdilər. Bu region ABŞ-ı qəbul etmir. Region xalqları, dövlətləri qəbul etmir", - deyə bildirib.

 

O daha sonra əlavə edib ki, düşmənlər tanınmalıdır: "Xalqın və İran İslam Respublikasının vəzifəsi nədir? Əvvəlcə düşməni tanımalıyıq və onun qarşısında səhvə yol verməməliyik. Hamınız bilirik ki, düşmən Amerika və sionist İsraildir. Şükür olsun, ölkəmizdə hərtərəfli bilikli insanlarımız var onların sözü dinlənməlidir."