Gündəm / Hadisə / Dünya

İsrail Suriyaya hava zərbəsi endirib

İsrail Suriyaya hava zərbəsi endirib

İsrailin Suriyadakı hərbi obyektlərə endirdiyi hava zərbəsi nəticəsində iki suriyalı hərbçi yaralanıb.

"Kanal14.az" xəbər verir ki,  bu  barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hava hücumu Suriyanın şərqindəki Deyr əz-Zur əyalətinə gecə saatlarında endirilib. Suriya Silahlı Qüvvələrinin məlumatına görə, vilayətin paytaxtı yaxınlığındakı hərbi obyektlərə müəyyən ziyan dəyib.