Gündəm / Dünya

İsrail Suriyaya hücum etdi, uçuşlar dayandırıldı

İsrail Suriyaya hücum etdi, uçuşlar dayandırıldı

"Kanal14.az” " Sözçü.com.tr” –a ( 07.03.23 ) istinadən xəbər verir ki,İsrailin Suriyaya endirdiyi hava hücumu zamanı zəlzələdən xilas olmaq üçün istifadə edilən Hələb hava limanına ciddi ziyan dəyib.

Suriyanın Dövlət Xəbər Agentliyi SANA hərbi mənbələrə əsaslanaraq İsrailin ölkəyə hava hücumu təşkil etdiyini bildirib. Zərər nəticəsində Hələb hava limanının uçuşlara bağlandığı bildirilib.

SANA-nın məlumatına görə, Hələb hava limanı son vaxtlar Qəhrəmanmaraş mərkəzli zəlzələlərdə minlərlə insanın həyatını itirdiyi Suriyaya beynəlxalq yardımların daşınması üçün istifadə edilib. Suriya mediası hücumlarda ölən və ya yaralananların olub-olmaması ilə bağlı heç bir məlumat verməyib.

İsrail son illərdə Suriyanı hədəf alan çoxsaylı hava hücumları həyata keçirib. Bundan əvvəl İsrailin hücumları nəticəsində Dəməşq və Hələb hava limanları müvəqqəti bağlanmışdı.

Kanal14.az
Nizami Təhməzov