"Kanal14.az" "SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.