İsrail gecə yarısından sonra Dəməşqdəki hərbi obyektləri raketlərlə hədəf alıb. 

"Kanal14.az" SANA xəbər agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 3 suriyalı əsgər həlak olub. 

Bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail raketlərinin əksəriyyətini zərərsizləşdirsə də, onlardan bəziləri hərbi obyektləri vura bilib.