Gündəm / Siyasət / Dünya

İsrail aviasiyası Dəməşqə zərbə endirib

İsrail aviasiyası Dəməşqə zərbə endirib

"Kanal14.az” "hurriyet” qəzetinə istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyindən verilən açıqlamada İsrailin Dəməşq ətrafındakı nöqtələrə təşkil etdiyi hava hücumunda 2 rejim əsgərinin yaralandığı bildirilib.

Suriya Müdafiə Nazirliyi İsrail qüvvələrinin yerli vaxtla saat 01:20 radələrində paytaxt Dəməşq ətrafındakı bəzi nöqtələrə raketlərlə hücum etdiyini açıqlayıb.

Açıqlamada Suriya hava hücumundan müdafiə sistemlərinin raketlərin bir hissəsinin vurulduğu, hücum nəticəsində 2 rejim əsgərinin yaralandığı və maddi ziyanın olduğu bildirilib. Hava hücumu ilə bağlı İsraildən heç bir açıqlama verilməyib.

Suriya Müdafiə Nazirliyinin ötən həftə verdiyi açıqlamada İsrailin Hələb hava limanı və ətrafına həyata keçirdiyi hava hücumunda maddi ziyanın olduğu bildirilmişdi.

Kanal14.az
N.Məmərli