Gündəm / Siyasət / Dünya

Si Cinpin Ukrayna məsələsində Çinin mövqeyini açıqlayıb

Si Cinpin Ukrayna məsələsində Çinin mövqeyini açıqlayıb

Çinin Ukrayna məsələsində mövqeyi sülh və danışıqları təşviq etməkdir, Çin sədri Si Cinpin deyib.

"Kanal14.az" RİA Novostiyə istinadən xəbər verir ki, o, bütün tərəfləri sakitliyi və rasionallığı qorumağa, sülh danışıqları üçün ümumi şərait yaratmağa çağırıb.

Çin lideri əsas vəzifəni atəşin dayandırılmasına töhfə vermək hesab edib.

Kanal14.az
Jalə Asiman