Gündəm / Dünya

Rusiya-Ukrayna danışıqları bir saat yarım davam edib

Rusiya-Ukrayna danışıqları bir saat yarım davam edib

 

Bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar saat yarım davam edib

Kanal14.az xəbər verir ki, bu barədə "Ukraynaskaya Pravda” nəşrinə Ukrayna nümayəndə heyətinin üzvü, Ukraynanın hakim partiyası olan "Xalqın xidmətçisi” parlament fraksiyasının rəhbəri David Araxamiya məlumat verib.

"Onlayn formatda görüş artıq olub. Saat 10:30-dan 12-dək rəsmi nümayəndə heyəti var idi. Sonra işçi qrupları gəldi. Biz bu gün bütün günü işləyirik”, - deyə o bildirib.