Siyasət

Qarabağda müşahidə mərkəzi üzrə Türkiyə-Rusiya danışıqları bu gün davam etdiriləcək

Qarabağda müşahidə mərkəzi üzrə Türkiyə-Rusiya danışıqları bu gün davam etdiriləcək
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Türkiyə və Rusiyanın nümayəndə heyətləri Qarabağda birgə müşahidə mərkəzinin təşkili üzrə danışıqları noyabrın 14-də davam etdirəcək.

Kanal14.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Rusiyanın nümayəndə heyəti ilə Qarabağda birgə müşahidə mərkəzinin yaradılması üzrə danışıqlar bu gün davam etdiriləcək”, - deyə qurumun bəyanatında bildirilir.

Rusiya nümayəndə heyəti noyabrın 13-dən Ankarada səfərdədir. Dünən Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev arasında Suriya məsələsinə dair danışıqlar aparılıb. Günün ikinci yarısında isə Türkiyə Müdafiə Nazirliyində Qarabağda sülhün bərqərar olması barədə müzakirələr olub.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə və Rusiyanın müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında video-əlaqə vasitəsi ilə keçirilən danışıqların yekununda Qarabağda atəşkəsə nəzarət üzrə müştərək mərkəzin qurulması ilə bağlı memorandum imzalanıb.

Mənbə:Anadolu agentliyi