Gündəm / Siyasət / Dünya

Nuland rosZMI-yə müsahibəsində ABŞ və Rusiya arasında danışıqların şərtini açıqlayıb

Nuland rosZMI-yə müsahibəsində ABŞ və Rusiya arasında danışıqların şərtini açıqlayıb

ABŞ Ukrayna ilə bağlı Rusiya ilə danışıqlara yalnız prezident Vladimir Zelenskinin elan etdiyi on bəndlik "sülh formulası” əsasında hazır olacaq.

"Kanal14.az" qeyd edir ki, "Avropa həqiqəti”nin verdiyi məlumata görə, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində bildirib.

O, - "Ukrayna tərəfi sülhə nail olmaq üçün on bəndlik plan təklif etdi. Rusiya bu plana heç bir reaksiya vermədi. Sülh danışıqları ukraynalıların təklif etdiyi ədalətli sülh formulası əsasında başlasaydı, təbii ki, biz də dəstək verərdik. Rusiya döyüşü dayandırsa, müharibə bitəcək, Ukrayna döyüşü dayandırsa, Ukrayna da bitəcək”.- deyə, əlavə edib.

Bildiyiniz kimi, Ukrayna Prezidenti 2022-ci ilin payızında keçirilən G20 sammitindəki çıxışında təhlükəsizlik, o cümlədən ərzaq və enerji, habelə Rusiya qoşunlarının ölkədən çıxarılması kimi məsələləri əhatə edən 10 bəndlik sülh planını təqdim etdi.

Daha sonra o, ABŞ, Avropa İttifaqı və Türkiyə tərəfindən dəstəklənib və Ukrayna tərəfi genişmiqyaslı işğalın ildönümündə "sülh formulu”na həsr olunmuş tədbir keçirmək niyyətindən danışıb.

Xatırladaq ki, bundan əvvəl Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Szijarto da Ukraynada dərhal atəşkəsə və müharibəni dayandırmaq üçün ABŞ və Rusiya prezidentləri arasında birbaşa danışıqlara çağırıb. Buna cavab olaraq, Ukrayna Xarici İşlər Nazirliyi macar naziri "məsləhət üçün” Bratislavaya getməyə çağırıb .

Kanal14.az
Kamal Əsgərov