Gündəm / Dünya

"Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır" - Paşinyan

"Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır" - Paşinyan

 

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır".

Kanal14.az  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

"Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır", - deyə Paşinyan bəyan edib.