Gündəm / Siyasət / Dünya

Ukrayna müharibəsində son vəziyyət: Rusiyanın ən böyük qorxusu... Krım planı üzə çıxdı!

Ukrayna müharibəsində son vəziyyət: Rusiyanın ən böyük qorxusu... Krım planı üzə çıxdı!

"Kanal14.az” "HÜRRİYƏT” qəzetinə istinad edərək xəbər verir ki, dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Yüz mindən çox insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Ukraynadan Rusiyanı qəzəbləndirəcək bir addım atıldı. Ukraynanın Krımla bağlı planının təfərrüatları üzə çıxıb.

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir...

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.

Baxmut Rusiyanın Soledarı vurması ilə yeni mərhələyə qədəm qoyan müharibənin son ünvanıdır.

Rusiya Ukraynanın şərqindəki "son qalası” olan Baxmutu ələ keçirmək üçün demək olar ki, bütün gücünü səfərbər edib.

2014-cü ildə ələ keçirilən Krıma müharibənin yayılması Rusiyanın ən böyük qorxusu kimi qələmə verilir.

Krıma hücumu dəfələrlə "qırmızı xətt” kimi xarakterizə edən Rusiyanın bu açıqlamalarına baxmayaraq, Ukraynadan alovlu bir addım gəldi.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Kiyevin bu yaz planlaşdırdığı əks-hücum öncəsi planı dərc edib.
Danilov öz planında Moskvanın Krımda təyin etdiyi administrasiyada işləyən bütün ukraynalıların cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib.

Ukrayna rəsmisi bildirib ki, bu insanların bəziləri cinayət məsuliyyətinə cəlb olunacaq, digərləri isə dövlət təqaüdlərini itirəcək və ictimai işlərdən kənarlaşdırılacaqlar.

Facebook-da paylaşım edən Danilov yazıb ki, 2014-cü ildən sonra Krıma köçən bütün Rusiya vətəndaşları deportasiya edilməli və Rusiya hakimiyyəti altında aparılan bütün daşınmaz əmlak sövdələşmələri ləğv edilməlidir.

Planın bir hissəsi olaraq, Danilov Rusiyanın Krıma inşa etdirdiyi 19 kilometrlik (12 mil) körpünün sökülməsinə çağırıb .

Kanal14.az
Nizami Təhməzov