Gündəm / Siyasət / Dünya

Rusiya “qırmızı xətti” elan etdi... Medvedevin çaşqın sözləri

Rusiya

"Kanal14.az” "hurriyet” qəzetinə istinadən xəbər verir ki, Dünyanın gözü, qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir.
Moskva Ukraynanın şərqindəki "son qalası” olan Baxmutu ələ keçirmək üçün hücumlarını davam etdirərkən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən flaş açıqlamalar gəldi. Medvedev bildirib ki, Moskva NATO ilə birbaşa münaqişəyə girməyi planlaşdırmır və böhranın danışıqlar yolu ilə həllində maraqlıdır.

Medvedev daha sonra xəbərdarlıq edib ki, Ukraynanın Krım yarımadasını ələ keçirmək cəhdi Moskvanın Kiyevə qarşı "tamamilə istənilən silahdan” istifadə etməsinə haqq qazandıracaq.

Medvedev əlavə edib ki, Rusiya qüvvələri Ukraynada Kiyev və ya Lvova qədər irəliləməli ola bilər.

RİA Novosti-yə danışan Medvedev qəribə açıqlamalar verib;

"Bu infeksiyanı dayandırmaq üçün Kiyevə getməlisənsə, biz Kiyevə, Lvova getməlisənsə, Lvova gedəcəyik”.

Medvedev həmçinin xəbərdarlıq edib: "Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum etmək məcburiyyətində qalacaq”.

Kanal14.az
Fatimə Kamalqızı