Gündəm / Dünya

Dünya bu sözləri deyir... Almaniyadan flaş Putin açıqlaması

Dünya bu sözləri deyir... Almaniyadan flaş Putin açıqlaması

"Kanal14.az” " hurriyet” qəzetinə istinadən xəbər verir ki, Ukraynada müharibə tam sürətlə davam edərkən, Almaniyadan gələn açıqlama dünyanın gündəminə bomba kimi düşdü. Almaniya səfiri Rusiyanın "biz bunu müharibə səbəbi hesab edirik” açıqlamasına baxmayaraq, Berlinin qərarını dünyaya bəyan etdi.

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir...

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.
Baxmut Rusiyanın Soledarı vurması ilə yeni mərhələyə qədəm qoyan müharibənin son ünvanıdır.

Rusiya Ukraynanın şərqindəki "son qalası” olan Baxmutu ələ keçirmək üçün demək olar ki, bütün gücünü səfərbər edib.

Baxmut müharibəsi bütün sürətlə davam edərkən, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya lideri Vladimir Putini ukraynalı uşaqların Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirdiyi iddialarına görə axtarışda olan şəxs elan edib.

Bu qərarın əks-sədası davam edərkən, Almaniyadan Putini az qala qəzəbləndirəcək bir açıqlama gəldi.

Berlinin Ukraynadakı baş diplomatı Anka Feldhusen BCM-nin qərarını və Almaniyanın izləyəcəyi siyasəti Ukrayna mətbuatına açıqlayıb.
Feldhusen çərşənbə günü Ukrayna Media Mərkəzində keçirdiyi brifinqdə jurnalistlərə deyib:

"Putin Almaniya ərazisində görünsə, şübhəsiz ki, həbs olunacaq”. Bunu dünən Almaniyanın ədliyyə naziri də təsdiqləyib.

ICC-nin səlahiyyətlərini dəstəkləyən razılaşmaya toxunan səfir Almaniyanın qərara əməl edəcəyini açıqlayıb.

Feldhusen deyib: "Tək biz yox, 120-dən çox ölkə var. Ona görə də Putin bu ölkələrə səyahət etməkdə çətinlik çəkəcək”.

Kanal14.az
Fatimə Kamalqızı