Gündəm / Dünya

"Müharibənin sonu Ukraynadan asılıdır" - Peskov

"Müharibənin sonu Ukraynadan asılıdır" - Peskov

 

Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərinə razılıq verməkdə maraqlıdır, "xüsusi əməliyyatın" sonu onlardan asılıdır. 

Kanal14.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılması xoşməramlılıq jesti olub. Beləliklə, Rusiya Ukrayna tərəfi ilə danışıqlarda daha ciddi qərarlar qəbul etməyə şərait yaratmağa çalışıb.

Bundan əvvəl Kremlin sözçüsü Rusiyanın Ukrayna prezidentini öldürmək niyyəti ilə bağlı xəbərləri təkzib etmişdi. Peskov vurğulayıb ki, bununla bağlı bütün məlumatlar yalandır.