Gündəm / Siyasət / Dünya

Nazir Çavuşoğlu Haavisto ilə danışıb

Nazir Çavuşoğlu Haavisto ilə danışıb

"Kanal14.az” Türkiyənin "hurriyet” qəzetinə istinadən xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto arasında telefon danışığı olub.

Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi dünən Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib.
NATO-nun baş katibi Yens Stoltenberq qanun layihəsinin Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilməsini alqışladığını bildirib.

Finlandiya prezidenti Sauli Niinistö deyib ki, "Finlandiya NATO-nun təhlükəsizliyinə sadiq güclü müttəfiq olacaq".

Finlandiyanın baş naziri Sanna Marin bütün ölkələrə göstərdikləri dəstəyə görə təşəkkür edib və "Müttəfiqlər olaraq qarşılıqlı təhlükəsizliyi təmin edəcəyik. Bir-birimizi müdafiə edəcəyik" - deyə vurğulayıb.

Kanal14.az
Fatimə Kamalqızı