Gündəm / Siyasət / Dünya

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

"Kanal14.az"ın Türkiyyənin "Cümhuriyyət" qəzetininə istinadən məlumatına görə, Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil edilməsi ilə bağlı qanun layihəsini müzakirə edib və bu qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Türkiyə Finlandiyanın bu təşkilata üzv olmasını təsdiqləyən sonuncu NATO ölkəsi olub.

Qeyd edək ki, sözügedən qanun layihəsi Türkiyə prezidenti Ərdoğan tərəfindən imzalandıqdan sonra qanuna çevriləcək.

Kanal14.az
Jalə Əsədova