Gündəm / Siyasət / Dünya

Bütün gözlər Brüsseldədir...Türkiyə, İsveç və Finlandiya üçüncü dəfə qarşılaşır

Bütün gözlər Brüsseldədir...Türkiyə, İsveç və Finlandiya üçüncü dəfə qarşılaşır

"Kanal14.az” " Hürriyət” qəzetinə ( 09.03.23 ) istinadən xəbər verir ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri ilə bağlı aparılan danışıqlar çərçivəsində üçüncü Türkiyə-İsveç-Finlandiya danışıqları bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında keçiriləcək.

Ankara, Stokholm və Helsinki administrasiyaları bu gün İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ehtiva edən üçtərəfli anlaşma memorandumu çərçivəsində üçüncü dəfə görüşəcəklər.

Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar və prezidentin xarici siyasət müşaviri və sözçüsü İbrahim Kalın təmsil edəcək. İclasda NATO rəsmilərinin də də iştirak edəcəyi gözlənilir.

Kanal14.az
Aytəkin Talıbqızı