"Kanal14.az" xəbər verir ki, Xarici İşlər Nazirliyində NATO-ya üzvlük ərizəsini canlı olaraq imzalayan Linde, İsveç üçün ən yaxşısını etdiyini söyləyib. 

Linde həmçinin müraciət sənədinin qısa müddətdə Finlandiya ilə birlikdə NATO-ya çatdırılacağını qeyd edib. 

Bildirək ki, İsveçin baş naziri Maqdalena Andersson dünən parlamentdəki danışıqlardan sonra İsveç hökumətinin NATO-ya müraciət etmək qərarına gəldiyini açıqlayıb.