Gündəm / Siyasət / Dünya

Finlandiya NATO ilə bağlı Rusiyanı narazı salacaq açıqlama verdi

Finlandiya NATO ilə bağlı Rusiyanı narazı salacaq açıqlama verdi

Hurriyyet.az "Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Finlandiyanın gənc Baş naziri Sanna Marinin NATO ilə bağlı çıxışı Rusiya ilə NATO arasındakı gərginliyi daha da yüksəldib.

Rusiya ilə NATO arasındakı gərginlik Finlandiyanın hökumət başçısı Sanna Marinin Yeni il mesajı ilə yenidən alovlanıb. Marin Yeni il münasibəti ilə etdiyi çıxışında hər ölkənin öz təhlükəsizlik siyasətini müəyyənləşdirmək hüququnun olduğunu qeyd edərək deyib: "Keçmişdən dərs aldığımızı göstərdik. Manevr hüququmuzdan istifadə edəcəyik. Finlandiya NATO üzvlüyünə müraciət etmək seçimini özündə saxlayır”.

Yeni il münasibəti ilə açıqlama verən Finlandiya Prezidenti Sauli Niinisto da NATO məsələsi ilə eyni mövqedə olduğunu bildirmişdi: "Bir daha bəyan edirik ki, Finlandiyanın manevr imkanları və seçmək azadlığı NATO alyansına üzv olmaq üçün müraciət eləmək şansı verir”.

Rusiyanın Xarici İşlər Nazirliyi ötən həftə Finlandiyanın NATO-ya üzv qəbul ediləcəyi təqdirdə "Rusiya tərəfindən ciddi cavab verilməsinə səbəb olacaq hərbi və siyasi nəticələri olacağını” bildirmişdi.

Hürr Tərcüman