"Kanal14.az"
 xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

Hər iki ölkə bu həftə Qərbin müdafiə alyansının bir hissəsi olmaq üçün ərizələrini təqdim edib və bu, Avropa geosiyasətində böyük dəyişikliyi qeyd edib.

Alyansa qoşulmaq üçün iki ölkənin NATO-ya üzv olan 30 dövlətin hamısının dəstəyi lazımdır.

Lakin Şimali Avropa ölkələrinin bu addımı Türkiyə tərəfindən qarşı çıxıb.

Cümə axşamı Ağ Evdə İsveçin Baş naziri Magdalena Andersson və Finlandiya Prezidenti Sauli Niinisto ilə birlikdə çıxış edən Bayden İsveç və Finlandiyanın müraciətlərini "Avropa təhlükəsizliyində dönüş nöqtəsi" adlandırıb.

"NATO-ya yeni üzvlərin qoşulması heç bir ölkə üçün təhlükə deyil. İki yeni üzvün olması müttəfiqlərimizin təhlükəsizliyini gücləndirəcək və bütün miqyasda təhlükəsizlik sahəsində əməkdaşlığımızı dərinləşdirəcək”,-deyə Bayden əlavə edib.