Gündəm / Siyasət / Dünya

NATO–nun Baş katibi Ərdoğanla razılığa gəldi

NATO–nun Baş katibi Ərdoğanla razılığa gəldi

"Kanal14.az” Türkiyənin " Hürriyət.com"a istinad edərık xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla NATO üzvlüyünə dair üçtərəfli Türkiyə-İsveç-Finlandiya sammitinin keçirilməsi barədə danışıqlar aparıb.

İsveçin paytaxtı Stokholmda Quranın yandırılmasından sonra bu məsələ Türkiyə tərəfindən dayandırılmışdı. Y.Stoltenberq yenidən bu məsələyə qayıdaraq prezident Rəcəb Tayyib Ərdoğanla NATO üzvlüyünə dair danışıqlar aparmış və üçtərəfli Türkiyə-İsveç-Finlandiya sammitinin mart ayında keçirilməsi barədə razılığa gəlmişlər.

Məqsədlərinin həm Finlandiya, həm də İsveçin ən qısa zamanda birliyə qoşulması olduğunu vurğulayan Stoltenberq, bunun NATO-nu, həmçinin sözügedən ölkələrin və Avropanın təhlükəsizliyini gücləndirəcəyini vurğulamışdır.

Kanal14.az
Jalə Asiman