Gündəm / Hadisə / Dünya

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verib

"Kanal14.az” " HÜRRİYƏT” qəzetinə istinadən xəbər verir ki, İsveç parlamentinin böyük əksəriyyəti NATO-ya qoşulmağı dəstəkləyib. Parlamentdə keçirilən səsvermədə İsveçin NATO-da iştirakı 37 nəfər əleyhinə olmaqla 269 səslə təsdiqlənib, 43 deputat isə səsvermədə iştirak etməyib. Səsvermədə Sol Partiya və Yaşıllar Partiyası NATO-ya üzv olmağa qarşı çıxıblar.

İsveçin NATO-ya daxil olması üçün bütün NATO üzvləri İsveçin alyansa daxil olması haqqında protokolu ratifikasiya etməlidir. Türkiyə Finlandiyanın alyansa daxil olması üçün təsdiq prosesinə başlasa da, İsveç üçün isə hələ razılıq verməmioşdir. Türkiyə İsveçdən terrorizmi maliyyələşdirməyi, terror təşkilatlarına adam cəlb etməyi və terror təşkilatlarının təbliğat fəaliyyətlərini dayandırmağı, lazımi tədbirlərin görülməsini və bəzi cinayətkarların ekstradisiyasını tələb edir.

Ötən ilin iyun ayında İspaniyanın paytaxtı Madriddə Türkiyə-Finlandiya- İSVEÇ arasında imzalanan memorandumda NATO-Ya üzv olmaq istəyən Finlandiya və İsveç terrorla mübarizədə Türkiyə ilə bütün sahələrdə tam həmrəylik və əməkdaşlıq nümayiş etdirəcək. forma və təzahürləri başda olmaqla, terror təşkilatı PKK milli təhlükəsizliyinə qarşı, bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək vermək öhdəliyi götürüb.

Kanal14.az
Kamal Əsgərov