Gündəm / Dünya

Ərdoğan və Putin telefonda Ukrayna ətrafındakı vəziyyət barədə danışdılar

Ərdoğan və Putin telefonda Ukrayna ətrafındakı vəziyyət barədə danışdılar

"Kanal14.az" Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

"Türkiyə Prezident Administrasiyasının Əlaqələr Şöbəsindən bildirilib ki, dövlət başçıları Türkiyə-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində atılan addımları, həmçinin Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən son hadisələri müzakirə ediblər.

Ərdoğan Qara Dəniz Taxıl Təşəbbüsünün yenidən genişləndirilməsi ilə bağlı müsbət mövqeyinə görə Putinə təşəkkür edib.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, Ankara danışıqlar yolu ilə Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi əməliyyatların tezliklə dayandırılmasına önəm verir.

Türkiyə lideri Soçidə əldə olunan razılaşmalar fonunda iqtisadi əməkdaşlıq məsələsində yeni addımların atılacağını istisna etməyib.

Kanal14.az
Samirə Əsgərova