Gündəm / Siyasət / Dünya

Ərdoğan və Putin telefonla danışdı

Ərdoğan və Putin telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Prezidentlər regional məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər.

Bundan başqa, Suriyadakı mövcud vəziyyət, həmçinin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılması barədə fikir mübadiləsi aparılıb.