Gündəm / Siyasət / Dünya

Rəcəb Tayyib Ərdoğanla Zelenski arasında telefon danışığı olub

Rəcəb Tayyib Ərdoğanla Zelenski arasında telefon danışığı olub

"Kanal14.az” "hurriyet.com.tr"a istinadən xəbər verir ki, fevralın 24-ü axşam satlarında Prezident Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər müzakirə olunub.

Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna prezidenti Zelenskiyə təşəkkür edib.

Prezident Ərdoğan bir ili tamamlayan Rusiya- Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Kanal14.az
Samirə Əsgərova