Gündəm / Dünya

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Hindistanda insaları Ukraynaya qarşı döyüşmək üçün Rusiya ordusunda xidmətə cəlb etmək istəyən 4 nəfər saxlanılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Təhqiqat Bürosu (CBI) açıqlayıb.

Büronun mətbuat xidmətinin yaydığı məlumata görə, Hindistan vətəndaşları Rusiyaya təhsil təklifləri və yüksək maaşlı iş təklifləri ilə, sonradan Rusiya vətəndaşlığını almaq imkanı zəmanəti ilə cəlb edilib. Əslində isə hərbi məsələlərdə razılığa gələn hindlilərə təlim keçib, daha sonra onları aldadaraq döyüş bölgəsinə göndəriblər.

Şübhəlilərdən biri Rusiyada tərcüməçi işləyən Kanyakumari şəhərindən olan Hindistan vətəndaşı Nijil Cobi Bensamdır. İştirak edən digər şəxs Mumbaydan olan Entoni Maykl Elanqovandır. Qrupun Dubayda yaşayan başqa bir üzvü də istintaqa daxildir. Hindistan Bürosunun əməkdaşlarının sözlərinə görə, təqsirləndirilən şəxslər Rusiya vizası verib və hindlilərə aviabilet alıblar.