Gündəm / İqtisadiyyat

Dövlət büdcəsinin "qara bəla"sı - FOTO

Dövlət büdcəsinin

Dövlət büdcəsinin "qara bəla"sı olan "qara nida"lı tenderlərin "sorağı" hər gün müxtəlif dövlət müəssisələri və dövlət qurumlarından gəlməkdə davam edir.
Dəfələrlə "DogruXeber.az" informasiya portalında ayrı-ayrı müəssisələrdə bağlanan müəmmalı tenderlər barəsində məlumatlar dərc etmişik.

Bu dəfə isə qara nidaların sayı çox olduğundan, məsələyə ümumi toxunmaq istədik.

Belə ki, "DogruXeber.az"ın məlumatına görə ötən gün - 14.02.2023-cü il tarixində Dövlət Satınalma Portalında (tender.gov.az) iki müqavilə yerləşdirilib.

1) "İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirləri Baş İdarəsi ilə "Faktor Qrup-Su-1" QSC (VÖEN: 1604133621) arasında"əmlakın qeyri-yaşayış sahəsinin icarəyə verilməsi" müqaviləsi - məbləğ 1435140 (bir milyon dörd yüz otuz beş min yüz qırx) AZN

2) Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə "Sinam" MMC (VÖEN: 1300149611) arasında "Zərdab UADM -da Maliyyə və Mühasibat əməliyyatlarının avtomatlaşdırılması üzrə (SERP) moddullarına texnik dəstək xidmətləri" müqaviləsi - məbləğ 9204 (doqquz min iki yüz dörd) AZN

Dövlət büdcəsinin

Dövlət büdcəsinin


Bu gün isə satınalma portalında daha 3 "naməlum" müqavilə yerləşdirilib.

1) "Sabunçu rayon Tibb Mərkəzi" Publik hüquqi şəxsi ilə "HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN: 1500429791) arasında "Əsaslı fondlara xidmət haqqı xərcləri" müqaviləsi - məbləğ 19.957 AZN

2) "Respublika Neyrocərrahiyyə Xəstəxanası" Publik Hüquqi şəxsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ (VÖEN:1005379691) arasında "Qidaların labaratoriya analizləri üçün xidmət" müqaviləsi - məbləğ 992.69 AZN

3) Balakən rayon İcra Hakimiyyəti ilə "Sun Food" MMC (VÖEN: 9900020861) arasında "Ərzaq məhsullarının satın alınması" müqaviləsi - məbləğ 29910.43 AZN

Dövlət büdcəsinin

Dövlət büdcəsinin


Qeyd edək ki, adlarını çəkdiyimiz bütün müqavilələrin nə vaxt hansı portalda elan edildiyi - Karovin sorğusunun olub-olmadığı barəsində heç bir məlumat yoxdur.
Bütün bu müqavilələrdə ətraflı məlumat bölməsinin yerini "qara nida" əvəz edir.

Yeri gəlmişkən, bu gün yerləşdirilən tender müqaviləsi ilə bağlı məlumatı dərc etmədən əvvəl Balakən rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladıq.
Dəstəyi ümumi şöbənin müdiri Nərgiz xanım qaldırdı, sualımızı ünvanladıqdan sonra xanım bizim telefon nömrəmizi götürdü ki, özləri qısa zamanda zəng edib, cavablandıracaqlar.

Lakin, bir neçə saat keçsə də, bizə zəng edib, heç bir mövqe bildirilmədi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Jalə Əsədova