Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət

Bir gündə 6 ŞÜBHƏLİ TENDER MÜQAVİLƏSİ

Bir gündə 6 ŞÜBHƏLİ TENDER MÜQAVİLƏSİ

"Kanal14.az" "DogruXeber.az"a istinadən xəbər verir ki, 26.04.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti Təchizatı Birliyi" MMC-nin bir gündə 6 müxtəlif müəssisələrlə tender müqavilələri imzaladığı dərc edilib.

1. "Ata Texnologiya" MMC (VÖEN - 1400211841) ilə Vergi ödəyiciləri olan mobil operatorların abonentlərinə qısa mesajların (SMS-lərin) göndərilməsi. (Kütləvi SMS xidmətlərinin göstərilməsi).

MƏBLƏĞ - 153995.9 (yüz əlli üç min doqquz yüz doxsan beş. doxsan) AZN.

2. "Qaya mətbuat yayımı" MMC (VÖEN - 1400335051) ilə "Dövri nəşrlərin (abunə yazılışlarının)" satınalması

Məbləğ - 27408 (iyirmi yeddi min dörd yüz səkkiz) AZN

3. "Media Təqib Mərkəzi" MMC (VÖEN - 1002849341) ilə "Televiziya kanallarının, dövri mətbuat və elektron medianın izlənməsi xidmətlərinin göstərilməsi"

Məbləğ - 5416.2 (beş min dörd yüz on altı. iyirmi) AZN

4. "Azerizone" MMC (VÖEN - 1602956471) ilə "Gündəlik media monitorinqin aparılması məqsədilə xüsusi proqram təminatı əsasında xidmətlərin göstərilməsi"

Məbləğ - 7785 (yeddi min yeddi yüz səksən beş) AZN

5. "Azad Azərbaycan" Müstəqil Tele-radio kompaniyası (VÖEN - 0300005471) ilə "İqtisadi Zona" televiziya verilişinin yüksək keyfiyyətli videoçəkilişinin aparılmasının və "Atv" televiziya kanalının efirində həftədə bir dəfə olmaqla, ən azı 25 dəqiqə ərzində yayımlanması".

Məbləğ - 21192.8 (iyirmi bir min yüz doxsan iki. səksən) AZN

6. "Azərbaycan Dövlət İqtisad Universiteti" Publik Hüquqi Şəxsi (VÖEN - 1700091281) ilə ""Azərbaycanın vergi jurnalı"nın hazırlanması, məqalələrin, o cümlədən elm materialların yığılması, resenziyalaşdırılması, jurnalın tərtibatı, dizayn edilməsi və nəşr edilməsi"

Məbləğ - 58400 (əlli səkkiz min dörd yüz) AZN

Qeyd edək ki, yuxarıda sadalanan tender müqavilələrinin heç biri barəsində "Dövlət Satınalma Portalı"nda ətraflı məlumat dərc edilməyib.

Adıçəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Dogruxeber.az