Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət / Sosial / Foto

"TENDER" adı altında dövlət büdcəsinə "HÜCUM" edirlər ? - FOTO


"Doğru xəbər.az" xəbər verir ki, 17.03.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda 10-larla tender müqaviləsi barəsində məlumatlar dərc edilib. Diqqət çəkən məqam odur ki, portalda dərc edilən müqavilələrdən bir neçəsi haqqında ətraflı məlumat göstərilməyib.

Bunlardan bir neçəsi aşağıdakılardır.

1Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "İdeal Motors" MMC (VÖEN - 1305797061) arasında bağlanmış "1 (bir) ədəd sedan tipli "Chevrolet Aveo Premier” və 16 (on altı) ədəd yüksək keçicilik qabiliyyətli universal tipli "Lada-Niva LC” model "minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması və onların dəyişdirilməsi işləri”nin satınalınması(məbləğ - 29189.9 AZN)



2Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr" ilə bağladığı "İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyindən 12 cildin satın alınması (məbləğ - 10800 AZN)

3. Eyni zamanda, Atakişiyev Yusif Aqil oğlu (VÖEN-2005469832) ilə bağladığı "Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 81 ünvanında yerləşən və ümumi sahəsi 1 005,6 m2 olan qeyri - yaşayış sahəsinin icarəyə verilməsi" (məbləğ - 9204 AZN) müqavilələri



4. Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "SERP proqrammı təminat modullarına texniki dəstək xidməti" müqaviləsi (məbləğ - 9204 AZN)



5. Azərbaycan respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə "Sinam" MMC (VÖEN - 1300149611) arasında bağlanmış "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi" (Lot adı yoxdur !) (Məbləğ -9204 AZN)

6. Qusar rayon "Gənclər və İdman İdarəsi" ilə fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN - 4700126292) arasında bağlanmış "Gənclər və İdman sahəsi üzrə mal materiallarının satınalınması" (məbləğ - 15968 AZN)



7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi ilə "AZSAFETY PRODUCTİON" MMC (VÖEN - 1603194981) arasında bağlanmış ""Əlif Hacıyev” elmi-tədqiqat gəmisində quraşdırılmış xilasedici salların sınaqdan keçirilməsi və sertifikatlaşdırılması" müqaviləsi (məbləğ - 1616624 AZN)



Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən idarə eyni gündə "SAQA Gəmi təmiri' MMC (200453301) ilə də ""YUQ" balıqçı gəmisinin əsaslı təmiri" müqaviləsini də imzalayıb. Burada məbləğ 142127.46 AZN göstərilir. Lakin, bu müqavilə barəsində ətraflı məlumat göstərilib.

Yəqin ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi adı çoxunuza tanışdır. Hansı ki, bu idarənin müdiri eyni zamanda Ekologiya Nazirinin xüsusi diqqət ayırdığı Fizuli Babayev ötən il öz işinin icrası - ağacların köçürülməsi üçün iki saata 24.000 (iyirmi dörd min) AZN pul tələb etmişdi ki, bu da o zamanlar gündəmin qalmaqallı mövzularından birinə çevrilmişdi.


Ekonazir Muxtar Babayev qohum-əqrəbasını nazirliyə doldurub- Nazirin əmisioğlu Fizuli Babayevin ağacköçürmə biznesi ...

İki saata 24 min qazandığı iddia olunan idarə müdiri mətbuatın sorğusuna niyə susur?...

Bu söhbətə görə bütün ölkə mediası çalxalansa da cənab nazir qətiyyən heç təmkinini də pozmadı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ən gəlirli sahəsi olan bu idarənin gəlirləri sən demə təkcə ağac köçürməkdən ibarət deyilmiş. Bu qədər böyük məbləğlər qarşılığında imzalanan tender müqaviləsi barəsində Dövlət Satınalma Portalında ətraflı məlumat göstərilməməsinin özü, elə məbləğ qədər də böyük şübhələr doğurur.

Xatırladırıq ki, ölkə başçısı İlham Əliyev çıxışlarında da dəfələrlə tender adı altında dövlət büdcəsini talayanlardan bəhs edib və bu mövzuda media nümayəndələrini, həmçinin vətəndaşları ictimai nəzarət olaraq, diqqətli və yardımçı olmağa çağırıb.

Məlumatda adları çəkilən tərəflərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az