Gündəm / İqtisadiyyat / Cəmiyyət / Foto

Tender müəmması - FOTO

Tender müəmması - FOTO

"Kanal14.az" xəbər verir ki, 21.01.2022-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi "Dövlət Satınalma Portalı"nda (etender.gov.az) "Sinam" MMC (VÖEN: 1300149611) ilə tender imzaladığı barəsində məlumat yerləşdirib. Lakin, müqavilə barəsində "ətraflı məlumat" bölməsi boş saxlanılıb.

Odur ki, biz bu barədə ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə zəng etdik.
Dəstəyi qaldıran Aidə adlı xanım Maliyyə Şöbəsi ilə əlaqə saxlamalı olduğumuzu bildirdi və sözügedən şöbənin telefon nömrəsini verdi.

Tender müəmması - FOTO

Xanımın verdiyi telefon nömrəsi işləmədi.
Təkrar komitəyə zəng etdik yenə Aidə xanım cavab verdi,bildirdik ki, verdiyi nömrə işləmir.

Belə olan halda, Aidə xanım "ola bilsin telefonda problem yaranıb" dedi və bizim əlaqə nömrəmizi götürdü.

Bir saata yaxın vaxt keçsə də bizimlə əlaqə saxlayan olmadı.

Məsələ ilə bağlı qarşı tərəfin də açıqlamasını dərc etməyə hazırıq.

Jalə Əsədova