Gündəm / Siyasət / Dünya

Konqresmen qəhvə ilə qurtuldu

Konqresmen qəhvə ilə qurtuldu

Vaşinqtonda yaşayış binasının girişində liftdə bir nəfər naməlum şəxs Minnesota ştatından demokrat konqresmen Enci Kreiqə hücum edib. Konqresmen xanım əlindəki qəhvəni hücum edən şəxsin üzərinə töküb.

Polisin veridiyi məlumatda, həmin şəxs yaxalanaraq istintaqa cəlb edilib. 26 yaşlı Kendrik Hemlin xanım Encini yumruqlamaqda və boynundan sıxmaqda ittiham edilir.

Hücumun siyasi motivli olmadığı da polisin açıqlamasında qeyd edilib.

Kanal14.az
Asiman Əsədsoy