Gündəm

Binəqədidə mağazadan oğurluq edən şəxs saxlanıldı

 

 

 

 

 

 

 

 

Paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib.

Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ətrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Trend