Gündəm / Hadisə

Eks- Baş Naziri öldürən şəxsin kimliyi 34 il sonra məlum oldu

Eks- Baş Naziri öldürən şəxsin kimliyi 34 il sonra məlum oldu

34 il əvvəl sui-qəsd nəticəsində qətlə yetirilən İsveçin keçmiş Baş Naziri Olaf Palmenin qətl şübhəlisi müəyyənləşdirilib.

Kanal14.az İsveç mətbuatına istinadən xəbər verir ki, Palmenin sui-qəsdi üzrə istintaqa rəhbərlik edən Baş prokuror Krister Petersson mətbuata açıqlamasında şübhəlinin 2000-ci ildə vəfat etmiş Stiq Engström olduğunu açıqlayıb.

 

Petersson həmin şəxsin dindirilmək imkanı olmadığı üçün cinayət işini bağlamalı olduqlarını bildirib.

Qeyd edək ki, O. Palme 28 fevral 1986-cı il tarixində kinoteatrdan çıxarkən sui-qəsd hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı onunla birlikdə olan xanımı Lisbet Palme də yaralanıb.