Dünya

Əfqanıstandan ordunun hazırlıq mərkəzinə hücum olub

Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlı şəxs ordunun hazırlıq mərkəzinə hücum edib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində itkilərin olub-olmaması bildirilmir.

 

Qeyd olunur ki, hücum baş verən bölgədə atışma səsləri eşidilir. Hələlik hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Xatırladaq ki, ötən gün Kabildə tədris müəssisəsinin yaxınlığında partlayış törədilmişdi. Hadisə nəticəsində 48 nəfər həlak olmuş, 67 nəfər yaralanmışdı.