Ukraynanın cənubunda yerləşən və bir hissəsinin Rusiyanın nəzarətində olduğu bildirilən Xerson şəhərindən gələn görüntülər hər kəsin diqqətini çəkib. 

"Kanal14.az" xəbər verir ki, səhər saatlarında Ukraynaya havadan və qurudan hücumlar təşkil edən Rusiya ölkənin daxili bölgələrinə doğru irəliləməyə davam edərkən, ukraynalı qadının üsyanı gündəm olub. Belə ki, o, rus  əsgərinin qarşısına keçərək, "Silah və bombaları buraxın” , - deyə reaksiya verib.

Qadının bu hərəkəti sosial mediada izləmə rekordu qırıb.