kanal14.az
kanal14.az

Ahıl qadının boğazına ip keçirib tövlədə saxladılar - Azərbaycanda dəhşət

Ahıl qadının boğazına ip keçirib tövlədə saxladılar - Azərbaycanda dəhşət
2-06-2021, 11:36 95 dəfə baxılıb

Ahıl qadının boğazına ip keçirib tövlədə saxladılar
Gədəbəydə ahıl qadın şiddətə və işgəncəyə məruz qalır.

Bu görüntüləri "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.

Görüntülərdə qeyd edilir ki, 85 yaşlı Səkinə adlı qadın Gədəbəy rayonunun İvanovka kəndində tövlədə boğazı və əlləri bağlı vəziyyətdə saxlanılır.

Bildirilir ki, Qadın Qəzənfər adlı şəxs tərəfindən şiddətə və işgəncəyə məruz qalır.

Məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, video ilə bağlı müvafiq araşdırma aparılır:

"Nəticəsi barədə tezliklə məlumat veriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA