Hadisə

Gənc qadın meşədən asılmış vəziyyətdə tapıldı – Azərbaycanda dəhşət

Gənc qadın meşədən asılmış vəziyyətdə tapıldı – Azərbaycanda dəhşət
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Balakəndə meşədən meyit tapılıb.

"Kanal14.az” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.