Ukrayna Silahlı Qüvvələrinin snayper atəşi nəticəsində özünü Luqansk Xalq Respublikası elan edən Xalq Milislərinin əməkdaşı həlak olub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəlikdən bildirilib. 

LPR-nin məlumata görə, hadisə 18 günlük sükutdan sonra baş verib: "Saat 15:00-da Ukraynanın silahlı birləşmələri Orexovo qəsəbəsi istiqamətindən (Kiyevin nəzarəti altındadır, - red.) Qolubovskoye qəsəbəsi istiqamətində (LPR-nin nəzarəti altında, - red.) snayper atəşi açıb. Nəticədə LXR Xalq Milislərinin hərbçisi həlak olub".