İndoneziyanın Sumatra adasında 6,2 bal gücündə zəlzələ baş verib.

"Kanal14.az" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) 6,2 bal gücündə zəlzələnin Sumatra adasının şimalında, Qərbi Sumatra bölgəsindəki Bukittinggi şəhərindən 66 kilometr şimal-qərbdə, 12 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. 

Zəlzələ nəticəsində azı 2 nəfər ölüb, 20 nəfər yaralanıb.  Yeraltı təkanlar qonşu Riau və Şimali Sumatra ştatlarında, Sinqapur və Malayziyada da hiss olunub.

Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.