Dünya

Kuril adalarında güclü zəlzələ

Kuril adalarında güclü zəlzələ

Sakit okeanda, Kuril adalarında 5,3 bal gücündə zəlzələ baş verib. Kanal14.az bildirir ki, bu barədə "İnterfaks”a Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.

Seysmoloji hadisə yerli vaxtla saat 10:11-də (Bakı vaxtı ilə 02:11-də) qeydə alınıb. Onun ocağı 52 kilometr dərinlikdə, episentri Paramuşir adasında yerləşən Severo-Kurilsk şəhərindən 88 kilometr şərqdə yerləşib.

 

Zəlzələnin enerji sinfi 12,1 təşkil edib.

(Qafqazinfo.az)