Şərqi Azərbaycanda zəlzələ olub
İranın mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində 4,2 və 4 bal gücündə iki zəlzələ olub.
"Report” "Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.
Birinci zəlzələ yerli vaxtla səhər saat 03.31-də baş verib. Yeraltı təkanların episentri 8 km dərinlikdə yerləşib.
4 bal gücündə olan ikinci zəlzələ isə saat 07.44-də qeydə alınıb və 10 km dərinlikdə baş verib.
Yeraltı təkanlar nəticəsində itki, yaralı və dağıntıların olub-olmaması barədə məlumat yayılmayıb.