Gündəm / Siyasət

Bölgədə yeni savaşın siqnalı verildi: - “Hakimiyyət müharibə istəyəcək”

Bölgədə yeni savaşın siqnalı verildi: - “Hakimiyyət müharibə istəyəcək”

Kanal14.az: -  İran yaxın iki-üç ay ərzində nüvə bombası istehsal etmək üçün bütün lazımi avadanlıqlara və imkanlara malik ola bilər.

Bu açıqlama ilə İsrailin müdafiə naziri Benni Qantz çıxış edib. O, İranın nüvə əldə etmək həddini keçəcəyi təqdirdə bölgədə nüvə silahı yarışının başlanacağı barədə xəbərdarlıq edib. Nazir onu da əlavə edib ki, ABŞ-ın öz ordusunu Əfqanıstandan çıxarması İran və onun tərəfdarlarını daha inamla hərəkət etməyə imkan yarada bilər. B.Qantzın sözlərinə görə, rəsmi Tehran o qənaətə gəlməməlidir ki, o, güclü və qətiyyətli olarsa, Qərb təslim olacaq.

İranın ABŞ ilə nüvə proqramı ilə bağlı danışıqlara başlayacağını elan etdiyi vaxtda İsrailin belə bir açıqlama verməsi gündəmin dəyişməsinə səbəb oldu. Maraqlıdır, İsrailin bu açıqlamaları ABŞ və İran arasındakı danışıqlar prosesinin bərpa olunmasına təsir göstərə bilərmi?

Bununla bağlı Cebhe.info-ya danışan politoloq Cümşüd Nuriyev bildirib ki, İran uzun müddətdir nüvə silahına sahiblənmək üçün mübarizə aparır:

"İsrailin kəşfiyyat xidməti "Mossad” dünyada ən dəqiq məlumata malik, kifayət qədər böyük imkanları olan bir təşkilatdır və məlumatı dəqiqdir. Hesab edirəm ki, İsrailin açıqladığı bu məlumat bölgədə gərginliyin yaranmasına səbəb olacaq və İsrail-İran qarşıdurması yeni müstəviyə keçəcək. İsrail əvvəlcə informasiya müharibəsini gündəmə gətirəcək, çünki dünya mediasının əsas aparıcı qurumları onlara məxsusdur. Bundan başqa, ABŞ-İran qarşıdurması da güclənəcək. Ümumiyyətlə, ABŞ uzun illərdir ki, İranı parçalamaq istəyir. Hazırda İranın bölgədəki fəaliyyəti Amerikanı qane etmir.

Bundan başqa, Çin də gizli şəkildə İrana dəstək verir. Yaxın vaxtlarda İrana siyasi hücumlar olacaq və hətta hərbi müdaxilənin olması da gözlənilə bilər. Həmçinin, İsrail də bölgədə yeni düzənin formalaşması üçün cəhd edəcək. Ümumiyyətlə, İran kifayət qədər xurafata uğramış dövlətdir və özünü İslam dünyasının şiə lideri kimi təqdim etməyə çalışsa da, alınmır. Ona görə də ölkədə bir qədər əsəb gərginliyi də var. Həmçinin, İran tarixən terrora meyil edən dövlət olub”.

Politoloq deyib ki, ABŞ və İran arasında nüvə danışıqlarının bərpa olunacağ gözlənilmir:

"Çünki Bayden kifayət qədər peşəkar siyasətçidir, İbrahim Rəisi isə mühifəzəkar din adamıdır. Belə olan halda onların bir-birini qəbul etməsi və danışıqların alınması mümkün deyil. Həmçinin, Rəisinin hökuməti peşəkarlıq cəhətdən Həsən Ruhani hökuməti ilə müqayisədə həm beynəlxalq münasibətlərin qurulmasında, həm də xarici siyasət cəhətdən çox zəifdir. Bayden hökuməti həm də müharibə komandası olduğuna görə İran ilə münasibətlər gərginləşəcək. ABŞ-ın indiki hakimiyyəti İran ilə müharibə etmək istəyəcək. Düşünürəm ki, ABŞ mütləq bu qarşıdurmada qələbə qazanacaq və İranı ələ keçirməsi üçün çox böyük zamana ehtiyac olmayacaq”.